28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ”nin müdafiəçisi: “Mövsümün ikinci yarısına tam hazır olmaq üçün...”

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” Antalya toplanışının ilk iki gününü başa vurub.

Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın xorvatiyalı müdafiəçisi İvitsa Juniç hazırlıq prosesini gabalafc.az saytına açıqlamasında dəyərləndirib:

“Hazırlığa yanvarın 4-də Bakıda başladıq. Artıq iki gündür Türkiyədə məşq edirik. Toplanışın ilk günündən bütün futbolçular səylə çalışır, istəklidirlər. Məşqlərə başladığımız vaxtdan yaxşı hazırlıq keçirik. Komandada yüksək atmosfer var. Bunun da hazırlıq prosesinə müsbət təsiri böyükdür. Antalyadakı məşq qrafikimiz daha sıxdır. Mövsümün ikinci yarısına tam hazır olmaq üçün toplanış çərçivəsində həm fiziki, həm də texniki-taktiki hazırlıq üzərində çalışacağıq”.

Juniç toplanış çərçivəsində baş tutacaq yoxlama oyunlarının vacibliyinə də toxunub: “Bakıda gerçəkləşən hazırlığı MOİK-lə qarşılaşma ilə başa vurduq. 4:0 hesablı qələbə səfərə yüksək əhval-ruhiyyə ilə çıxmağımıza səbəb oldu. Türkiyədə daha 4 matça çıxacağıq. Məşqlərlə yanaşı, bu qarşılaşmaların da faydası böyükdür. Hazırlıq prosesində üzərində çalışdığımız texniki-taktiki elementlərin icrasını oyunda görmək səmərəli olacaq. Bu görüşlərə yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, matçlarda yaxşı oyun nümayiş etdirib, mövsümün ikinci yarısına tam hazır olacağıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31