19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Lənkəranda saxlanılan azarkeşin anası danışdı

Sosial şəbəkələrdə "Eliko Ləzginçik" kimi tanınan azarkeşin (Elman Tağıyev) həbs olunması ilə bağlı xəbər vermişdik.
Biz çətinliklə də olsa, onun anası Emilya Şərifova ilə əlaqə saxlaya bildik. Elikonun anasına zəng vuranda, o bildirdi ki, hazırda yoldadı, Lənkərana gedir. Emilya xanım oğlunun saxlanılması ilə bağlı bunları dedi:
"Mən hələ bu gün öyrənmişəm ki, Elmanı tutublar. Niyə saxlanıldığını bilmirəm, hazırda yoldayam, Lənkərana gedirəm. Elman tez-tez oyunlara gedərdi, "Xəzər Lənkəran"a azarkeşlik edir, orada dostları var. Artıq neçə ildi ki, bu belədi. Bu dəfə gedəndə isə tutulub. Bununla bağlı nə mənə, nə də qohumlarımıza məlumat verilib. Bu gün Qusar rayon polis bölməsindən öyrənmişəm ki, Elmanı Lənkəranda tutublar".
Emilya xanım onu da bildirdi ki, oğlunun tutulmasıyla bağlı hələ heç bir yerə şikayət eləmək fikrində deyil. Çünki Elikonun nəyə görə tutulduğundan xəbərsizdi. 
Eliko Ləzginçikin saxlanılması və prosesin hansı həddə olduğunu hələ də müəyyənləşdir bilməmişik. Bu arada qeyd edək ki, "Xəzər Lənkəran" azarkeşinin tutulması artıq gündəmdədi, ölkə mediası bu məsələni araşdırır, təəssüf ki, Elikonun həbsinin səbəbləri bəlli olmayıb.
Qeyri-rəsmi məlumatlara görə, stadiona "Molotov kokteyl"i atılmasıyla bağlı Ləzginçikdən sorğu-sual edilib. Ona verilən suallardan biri də budu ki, "səni kim və kimlər istiqamətləndirir, qusarlı kimi Lənkəranda nə gəzirsən?". Bir daha xatırladırıq ki, bunlar rəsmi məlumatlar deyil. Müxtəlif mənbələrdən eyni xəbərlər gəldiyinə görə bu haqda ictimaiyyəti məlumatlandırmaq istədik. Sonda qeyd edək ki, stadionda "Molotov kokteyl"i atılmayıb, bu dəqiqdi. Hətta sosial şəbəkələrdə bəzi "Neftçi" azarkeşləri belə, Eliko Ləzginçikin həbsinə etiraz edirlər. Onlar bildirirlər ki, əgər cinayət işi açılarsa, məhkəmə olarsa, şahidlik eləməyə hazırdılar. Elikonun həbsi ilə bağlı isə onu bildirək ki, stadionda qarşıdurma yaranan zaman meydanın kənarındakı topdaşıyana hücum olarkən Ləzginçik ora müdaxilə edib və buna görə saxlanılıb.
 
 

futbolpress.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30