19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Aftandil Hacıyev: “Essyenin “Səbail”də qalması üçün xahiş etməsinə ehtiyac yoxdu”

“Bu məlumat yalandı. Xəbərin hardan yarandığı barədə nəsə deməyə çətinlik çəkirəm. Essyen məndən rəhbərlik vasitəsi ilə hər hansı bir xahiş etməyib”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Ölkə mətbuatında Maykl Essyenin mövsümün sonuna kimi “Səbail”də qalmaq üçün baş məşqçidən xahiş etdiyi, klubdan qovulmamaq üçün maya qədər hər hansı şou tipli beynəlxalq tədbirlərə getməyəcəyini bildirməsi barədə xəbər yayılıb.

Yayılan informasiyanı təkzib edən A.Hacıyev komandada qalması üçün ulduz futbolçunun xahiş etməyinə ehtiyac olmadığın bildirib:

“Rəhbərliklə bu barədə hər hansı söhbət olmayıb. Mən Essyenlə yalnız məşqdə görüşmüşəm. Onun komandada qalması üçün xahiş etəsinə ehtiyac yoxdu. Çünki Essyenin maya qədər “Səbail”lə müqaviləsi var. Hər hansı xahişdən söhbət gedə bilməz”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30