29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verənlərə hüquqi qiymət verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda əsasən "Xəzər Lənkəran" - "Neftçi" oyunu zamanı baş verən hadisələr müzakirə olunub. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib: 
 
- 2013/2014 mövsümü Premyer Liqa və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur. - Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunur.
- Pirotexniki vasitələrdən istifadə edilməsi və  meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur.
- “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur.
- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.
- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Premyer Liqa və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.
- Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.
- “Xəzər Lənkəran” klubunun 5  №-li futbolçusu Elnur Allahverdiyevlə “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31