29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-nın yeni Nizamnaməsi qəbul edildi

AFFA-nın növbədənkənar Konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alırdı. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər.

Konfransda 35 nümayəndədən 33-ü iştirak edib.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.

Təklif olunan əsas müddəalar:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezidentin və icraçı vitse-prezidentlərin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını deyib.

Bununla da Konfrans işini başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31