29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zirə" 4 futbolçuyla vidalaşdı

"Zirə" klubu 4 futbolçusu ilə yollarını ayırmağı qərara alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Zaur Həşimov açıqlama verib.

39 yaşlı mütəxəssis Elvin Məmmədovla yanaşı, Bəxtiyar Həsənalızadə, Soni Norde və Anastasios Papazoqlunun əvəzedici heyətdə məşq etdiyini söyləyib:

"Biz onları əvəzedici heyətə göndərməmişik. Sadəcə, demişik ki, klub tapana kimi orada olun və məşq edin ki, formada olasınız".

Həşimov əvəzedici heyətdə məşq edən oyunçuların Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına aparılmayacaqlarını da sözlərinə əlavə edib. O, hələlik heç bir legionerlə anlaşmadıqlarını da söyləyib: "Antalyaya baxışa bir neçə futbolçu dəvət etmişik. Adlarını açıqlaya bilmərəm. Keçid həll olunmamış danışmağım düzgün deyil".

Qeyd edək ki, "Zirə" Premyer Liqanın ilk yarısnı 17 xalla beşinci pillədə bitirib. Qəsəbə klubu Türkiyəyə yanvarın 8-də yola düşəcək. “İC Santai” otelində məskunlaşacaq komanda qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblər yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, yanvarın 16-da Rumıniyanın “Sepsi”, yanvarın 21-də isə Serbiyanın “Napredak” klubları olacaq.

 "Zirə" yanvarın 22-də Bakıya qayıdacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31