19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Bakının insanları xeyirxahdır və israilliləri sevirlər”

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, hazırda karyerasının ən yaxşı dövrünü keçirdiyini deyib: "4 qol vurmuşam, iki qol ötürməsi vermişəm. Hər matç 90 dəqiqə oynayıram. Hər görüşdə meydanda 11-12 kilometr qaçıram. Bunlar kifayət qədər yaxşıdır və demək olar ki, karyeramın ən yaxşı vaxtındayam. Ötən ilin birinci yarısındə "Hapoel"də aldığım zədə məni narahat edirdi. Amma mövsümün sonuna yaxın bərpa oldum və 5 matçda 2 qol vurdum, 3 qolun isə ötürməsini verdim".

27 yaşlı yarımmüdafiəçi Azərbaycan və İsrail çempionatlarının fərqi ilə bağlı sualı belə cavablandırıb: "Bu çempionatların səviyyəsi demək olar ki, bərabərdir. İsrail çempionatında xüsusi bir şey olduğunu söyləsəm, yalan danışaram. İndi irəliləyirəm, lazım olduğu kimi və daha yaxşı oynayıram. Müqayisələrə və kənar fikirlərə əhəmiyyət vermirəm".

O, hədəfləri haqda danışıb: "Hədəfim yüksəkdir. Böyük uğurlara nail olmaq istəyirəm. Mən özümə inanıram və nəyə layiq olduğumu bilirəm. Daha böyük klublarda oynamaq istəyirəm. İstər xarici, istərsə də İsrail klublarından biri ilə müqavilə imzalayıb düşündüyüm həyatı qurmağa çalışardım. Konkret komanda adı deyə bilmərəm. Amma mən zirvədə olmaq istəyirəm. Düşünürəm ki, bu irəliləyişin zamanı gəlib. Özümü hazır hiss edirəm”.

Ə.Ağayev Azərbaycan millisində oynamağı seçib-seçməyəcəyi ilə bağlı bunları deyib:

"Mənim artıq 19 yaşım yoxdur. Öz karyeramın inkişafı üçün hər şeyi edəcəyəm. Baxaq, görək necə olacaq. Hazırda milli ilə bağlı seçimim yoxdur. Ona görə də qərar vermək üçün vaxt var".

"Sumqayıt"ın legioneri Bakının onu və ailəsini təəccübləndirdiyini söyləyib: "Bakı gözəl və qiymətlərin ucuz olduğu şəhərdir. Oranın insanları xeyirxahdır və israilliləri sevirlər. Bakıda özümü heç vaxt yad hiss etmirəm. Xaricdə hamilə həyat yoldaşımla və biri on aylıq olan iki qızımla yaşamaq çətindir. Mənim xanımım qəhrəmandır. Mən bunların öhdəsindən gələ bilməzdim. O, bütün həyatını mənə həsr edib".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30