19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tsxadadze Gürcüstan millisində

Bakının “İnter” klubunun futbolçusu Baçana Tsxadadze karyerasında ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb. Lent.az-ın məlumatına görə, Gürcüstan Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən siyahıda Tsxadadze də var. 26 yaşlı hücumçu sentyabrın 6-da Fransa, bundan 10 gün sonra isə Finlandiya ilə Tiflisdə keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçlarına çağırılıb. Baş məşqçi Temuri Ketsbaya Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçuya dəvət göndərib. Bu, “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvilidir.
Qeyd edək ki, seçmə mərhələdə I qrupunda yer alan Gürcüstan millisi 5 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Cəmi 3 qol vurmağa müvəffəq olan qonşularımız 7 dəfə məyus olublar. Fransanın 10, Finlandiyanın 6 xalı var. Lider İspaniya 11 xal, autsayder Belarus isə 6 oyundan 4 xal toplayıb. Baçana Tsxadadze Premyer Liqanın ötən turunun “Rəvan” – “İnter” matçında “het-trik” edib. Nikolas Gelaşvili isə ilk 4 tur ərzində 2 qol vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30