26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Heç vaxt “Neftçi”də oynamayacağam”

"Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"la müqaviləsi başa çatan Riçard Almeyda "Futbolinfo"ya açıqlamasında deyib.

Millimizin yarımmüdafiəçisi hələlik karyerasını harada davam etdirəcəyinin bəlli olmadığını bildirib: "Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.

Almeyda “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbəri isə təkzib edib: “Mən bunu bəyan edirəm ki, heç vaxt “Neftçi”də oynamayacağam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dır. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda "Qarabağ"dır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30