29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Slavçev: “Ona görə də “Qarabağ”da oynamaq şanslarım xeyli azaldı”

Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev “Qarabağ”dan ayrılması ilə bağlı yeni açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, “Topsport”a müsahibəsində o, Ağdam klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozduqlarını deyb.

"Qərara aldım ki, oynamalıyam. Orada (Azərbaycan çempionatında - red.) vəziyyət çətin idi. Əcnəbilərə limit tətbiq olunur. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdır. Avropa Liqası başa çatandan sonra komanda yalnız daxili çempionatda mübarizə aparır. Ona görə də oynamaq şanslarım xeyli azaldı".

Slavçev Sofiyanın "Levski" klubuna keçəcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Rəsmi təklif almamışam. Bəzi klublarla şifahi danışıq olub. Ancaq onların adlarını çəkmək doğru olmaz. "Levski" məsələsinə gəlincə, bu barədə nəsə demək istəmirəm. Tezliklə hər şey bilinəcək. Səbirsizliklə yeni klubumu gözləyirəm. Tezliklə qərar qəbul edəcəm. Hazırkı məqamda isə bunu şərh etmək istəmirəm. Köhnə klubumdan yenicə ayrılmışam. Karyeramı harada və necə davam etdirəcəyimi düşünürəm.

Təkliflərim var. Bəzi məlumatlar isə sadəcə şayiədir. Gələcəyimlə bağlı heç nə məlum deyil. Bu barədə konkret düşünməmişəm. Səyahət edərkən bütün gecəni yatmamışam. Hələ gözləyirəm. Tezliklə yenilik olacaq. Bolqarıstana qayıtmaq variantını da istisna etmirəm. Futbolda heç nəyi əvvəlcədən bilmək olmur. Yalnız yaxınlarım bilir ki, bundan sonra nə olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31