26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi” antirekorda imza atdı

“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan “ağ-qaralar” evdə 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib - 0:0.

Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi - 0:2, 1:0.

Qeyd edək ki, paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30