25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Qarabağ" və "Sumqayıt" yarımfinalda

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

İlk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bununla da Sumqayıt təmsilçisi ardıcıl ikinci il "Neftçi"nin yarımfinala yüksəlməsinə imkan verməyib. 

Son oyunda isə "Qarabağ" "Keşlə"nin qonağı olub. İlk matçda olduğu kimi cavab görüşündə də qalib gələn Ağdam klubu yarımfinalda "Sumqayıt"a rəqib olub.

Qeyd edək ki, dünən "Qəbələ" və "Zirə" yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr

“Keşlə” - “Qarabağ” 1:3

Qollar: Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2),Xəzər Mahmudov, 67 (1:2), Toral Bayramov, 90+3 (1:3)

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov

“ASCO Arena”

İlk oyun - 0:1

“Sumqayıt” - “Neftçi” 0:0 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov

“Kapital Bank Arena”

İlk oyun - 1:0

19 dekabr

“Sabah” - “Qəbələ” 2:3

İlk oyun - 0:3

“Zirə” - “Səbail” 1:0

İlk oyun - 0:0




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30