23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Biz oyunu Qəbələdə uduzmuşduq"

"Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis 2:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib: "Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm".

Sopiç "Hendrik Ekşteynin “Sabah”da gələcəyi var, yoxsa bu gün artıq bitdi?" sualına cavabı belə olub: "Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra klub prezidenti ilə, menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30