20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Həşimov: “Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı”

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə evdə 1:0 hesabıyla qlaib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, gənc çalışdırıcı ilk olaraq 120 dəqiqəlik qarşılaşma haqda düşüncələrini bölüşüb.

- Çox stressli oyun idi. Bu, iki hər matça aiddi. Futbolçularımızda qələb əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik.

- 70 dəqiqə ehtiyatlı oynadınız, son 20 dəqiqədə aqressiv çıxış etdiniz. Bu, nəylə bağlı idi?

- Ümumiyyətlə, ilk matçdan da ehtiyatlı başladıq. Çünki rəqib bizə 1 qol vursaydı, iki qol vurmalı idik. Sonda hücuma atıldıq. Elvin Məmmədovun oyuna daxil olması da buna əsas səbəb oldu, hücumlarımız artdı.

- Rəqibin qapısına təyin edilməyən penaltidə və qapınıza vurulan, ancaq sayılmayan qolda çılğın idiniz. Bu epizodları necə şərh edərdiniz?

- İlk oyunda da penalti epizodu vardı. Düz hakimin gözü qabağında idi. Aşkar penalti idi, hətta qırmızı vərəqə də vermək olardı. Fikrimcə, Qadzeni yıxdıqları epizodda penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm. Orxan Sadıqlının epizodunda olub ki, qol sayılmayıb. Rəhim Həsənov təcrübəli hakimizdi. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib.

- Məsələ penaltilərə uzansadı, təyyarəyə gecikən futbolçunuz olacaqdı?

- Ola bilərdi. Səhv etmirəmsə, Skarlatakenin bir neçə saat sonra reysi var.

- Xulio Sezar Rodrigesi əlavə vaxt başlayan kimi meydana buraxdınız və matçın qəhrəmanı oldu. Hissiyat var idi ki, oyunun qəhrəmanı olacaq, yoxsa..?

- Bu dəfə də iki hücumçuyla oynadıq. Sadəcə, indi Mfonu ilk dəqiqələrdən meydana buraxdıq. Meydana 6 yerli futbolçuyla çıxmışdıq və Xulionu meydana buraxmağı planlaşdırmışdıq. Hiss etmirdim ki qol vuracaq, sadəcə, komandaya kömək edəcəyinə əmin idim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30