19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Amid Səfərov: “Qəbələ” ilə əməkdaşlıq bizim üçün qürurvericidir”

“Jalə” müstəqillik dövrünün ilk istehsalçı markalarından biridir. Yarandığı gündən bazarda öz mövqeyini qorumuş markadı. Dünyanın 20-dən çox ölkəsində satışı təşkil olunan Azərbaycan markasıdır. Şirkətimiz müstəqil marketinq siyasəti yürüdür”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə sponsorluq müqaviləsi imzalayan “Jalə” şirkətinin marketinq direktoru Amid Səfərov deyib.

A.Səfərov qeyd edib ki, “Jalə” şirkəti üçün “Qəbələ” klubu ilə müqavilə imzalamaq qürurvericidir: “Aparılan danışıqlardan sonra “Qəbələ” İdman Klubu ilə əməkdaşlıq etməyi qərara aldıq. Bu gün bizim üçün qürurverici bir məqamdır. Azərbaycan idmanın inkişafına dəstəyimizi veririk. Eyni zamanda, “Qəbələ” Azərbaycan idmanına dəstək verən bir klubdur. Çox sevindirici haldır ki, 2 köklü, tanınmış brend əməkdaşlığa başlayır”.

Şirkət rəsmisi “Qəbələ” ilə imzalanan müqavilənin 1,5 illik olduğunu bildirib. İmzalanan müqavilənin 51 faizinin ölkə idmanına dəstək olduğunu söyləyən Amid Səfərov “Qəbələ”dən təkcə ölkə daxilində deyil, ölkə xaricində də uğur gözlədiklərini vurğulayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30