24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Ağabala Ramazanov: “Mən də istəyirəm ki, Prosineçki qayıtsın”

“Şerif” barədə çox danışmaq istəmirəm. Bu söhbət mənim üçün artıq bağlanıb. Yalnız onu deyə bilərəm ki, getməyim alınmadı».

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a Azərbaycan millisinin və "Səbail"in futbolçusu Ağabala Ramazanov Moldovanın "Şerif" klubuna keçidinin alınmaması ilə bağlı danışarkən deyib.

26 yaşlı hücumçu hazırkı klubunun transfer üçün müsbət rəy verdiyini vurğulayıb: "Klubum keçidimə heç bir problem yaratmırdı. Əslində, real danışıq da yox idi. Mənim adım "Keşlə" ilə də hallandı. O da boş söhbət idi. Mənimlə yayda maraqlanıblar".

Ramazanov Nikola Yurçeviçin Azərbaycan millisindən ayrılması barədə də danışıb. O, xorvatiyalı mütəxəssisin yaxşı insan olduğunu deyib: "Yurçeviç pis məşqçi deyildi. Amma bu gün hamı nəticə tələb edir. Nəticə verə bilmirsənsə, məsuliyyət sənin üzərinə düşür. Ona gələcək işlərində uğurlar arzulayıram. Həqiqətən də, çox yaxşı insan idi".

Forvard yığmaya namizəd olan Robert Prosineçki barədə də danışıb: "Futbolçular Prosineçkinin qayıtmasını istəyirlərsə, deməli, ona bələddirlər. Mən də istəyirəm ki, qayıtsın".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30