25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Volkov: "Finala qədər "Qarabağ" və "Neftçi" ilə qarşılaşmayacağımız üçün bəxtimiz gətirib"

“Qəbələ”nin gürcüstanlı futbolçusu Davit Volkovun müsahibəsi

- Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə keçirdiyiniz ilk oyunda “Sabah”ı 3:0 hesabı ilə məğlub etdiniz. Matçı necə qiymətləndirirsiniz?

- Bəli, inamlı qələbə qazandıq, amma hələ heç nə həll olunmayıb. Yaxşı oyunla qalib gəlməyimiz sevindiricidir. Komandamız tədricən optimal formaya düşməkdədir. Premyer Liqanın son turlarında “Səbail” və “Zirə”ni də 3 cavabsız qolla məğlub etmişik. Mövsümün əvvəli ilə müqayisədə daha yaxşı çıxış edirik.

- Yarımfinala çıxmaq baxımından komandanız bir addım öndədir...

- İşin yarısını görmüşük. Amma yenə də deyirəm - yarımfinalçı cavab görüşündən sonra bəlli olacaq. Rahatlaşa bilmərik.

- Elmar Baxşiyev baş məşqçi postunda Sənan Qurbanovu əvəzləyəndən sonra nələri dəyişdi? Komandadakı yüksəlişin səbəbi nədir?

- Bütün bunlar ümumi əməyin nəticəsidir. Səhvlərimizdən nəticə çıxarır, hər matçda bir az da artırmaq istəyirik. Heyətə yayda qoşulanlar da artıq uyğunlaşıblar. Bu amili də nəzərə almaq lazımdır.

- Artıq 1 ildir “Qəbələ”dəsiniz. Öz çıxışınızı necə qiymətləndirirsiniz?

- Yaxşı alındığını düşünürəm. Ötən mövsüm komandamız ilk titulunu - Azərbaycan Kubokunu qazandı. Mən də istər oyunum, istərsə də qollarımla komandama faydalı olmağa çalışmışam. Ən doğru qiyməti media və azarkeşlər verə bilər.

- “Qəbələ” yenə kuboku götürə bilər?

- Əlbəttə! Bunun üçün yaxşı şansımız var. Finala qədər “Qarabağ” və “Neftçi” ilə qarşılaşmayacağıq. Bu baxımdan bəxtimiz gətirib. Bunun həm bizim üçün üstünlük olduğunu düşünürəm. Lakin “Səbail” və “Zirə”nin də güclü komandalar olduğunu düşünürəm. Yarımfinala çıxsaq, onlardan hansı düşsə, bizim üçün çətin olacaq.

- “Qəbələ” ilə 1 illik müqavilənin müddəti başa çatır. Bu klubdan qalmaq istəyirsiniz?

- Hələlik heç nə bilmirəm. “Qəbələ”ni nə deyəcəyini gözləyirəm. Özümü burada yaxşı hiss edirəm və durumumdan razıyam. Komandada qalmaq istərdim.

- “Qəbələ”nin sabiq hücumçuları - Baqali Dabo, Stiven Manroz və Rauf Əliyev “Neftçi”yə keçiblər. “Neftçi” və ya “Qarabağ”dan təklif gəlsə, cavabınız necə olacaq?

- Hələlik nə “Qəbələ”dən, nə də başqa bir klubdan təklif almışam. Mənim üçün hazırkı klubumun mövqeyi əsasdır. Yenə deyirəm, özümü Azərbaycanda yaxşı hiss edirəm. Karyeramdan razıyam ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30