25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Edu rəsmən ”Xəzər Lənkəran”da!

"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirdi. Futbolxeber.az-ın məlumatına görə, ispan futbolçu Eduard Oriol Qrasiya bu gündən komandamızın şərəfini qoruyacaq. 26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"-də oynayan Edu bu komandanın "Sequnda"ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselonanın" əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib.  2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol "La Liqa"da çıxış edən "Real Saraqosa"-nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bu gündən etibarən "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq. Edu Oriolla "Xəzər Lənkəran" arasında iki il müddətinə müqavilə imzalanıb. 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30