Ölkə futbolu
Elxan Məmmədov: “Təcrübəmizi bölüşməkdən məmnun olduq”
FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı keçirilib. FİFA-nın rəsmi saytında seminarla bağlı yazı dərc olunub.
Yazının tərcüməsini diqqətinizə çatdırırıq:
“FİFA-nın 211 üzv assosiasiyasında (ÜA) potensialın artırılması və bilik mübadiləsi təşəbbüslərini dəstəkləmək üzrə xüsusi strategiyasına uyğun olaraq, FIFA-nın Dubaydakı Regional İnkişaf Ofisi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə 11-12 dekabr 2019-cu il tarixlərində Bakıda məlumat mübadiləsinə həsr olunmuş dörd rus dilli Orta Asiya ÜA-lar üçün seminar təşkil edib. İclasda Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər. Bu seminarın əsas məqsədlərindən biri də ümumi tarixi və mədəni mənşəli assosiasiyalar arasında təcrübə mübadiləsini təşviq etmək idi.
Tədbirin birinci günü AFFA nümayəndələrinin FIFA Forward lahiyələrinə həsr edilmiş inkişaf strategiyaları və digər futbol qurumları ilə əməkdaşlığı, klublara qoyulan qanuni tələblər, liqanın quruluşu, klubların gəlirləri, qadın futbolu, texniki inkişaf və elit məşqlərə həsr olunmuş təqdimatlarına həsr olunmuşdu. Nümayəndələr Peşəkar Futbol Liqasının problemləri və rəqabət balansını, habelə müxtəlif nümunə hallarını müzakirə etdilər. "Neftçi" PFK-nın prezidenti Kamran Quliyev klub quruluşu, strategiya və gəlir axınları ilə bağlı təqdimat etdi.
İkinci gün Bakının ətrafındakı müxtəlif futbol məkanlarına, o cümlədən Bakcell Arena, Bakı Olimpiya Stadionu, Dalğa Arena və Bayıl stadionuna, AFFA-nın "Dalğa"dakı milli komandaların təlim mərkəzinə baxılması ilə başladı. İştirak edən AFFA rəsmiləri infrastruktur layihələrinin əsas aspektlərini müzakirə etdilər və mövzu ilə bağlı geniş təcrübələrini bölüşdülər.
"FİFA və AFFA-ya çoxlu bilik əldə etmək və bir çox mütəxəssis və dostlarla görüşmək şansı verdiyi üçün təşəkkür edirəm. Ümidvarıq ki, gələcəkdə belə seminarlar daha çox keçiriləcək. İndi biz daha əminik və yeni layihələrə hazırıq," - QRFF prezidenti Kanatbek Mamatov şərh verib.
"Öncə FİFA-ya belə bir seminar keçirmək imkanı verdiyi üçün təşəkkür edirəm. Müzakirə olunan mövzular Bakıya gəlmiş iştirakçı assosiasiyalar üçün vacib idi. Biz təcrübəmizi bölüşməkdən, digər fikir və tövsiyələri eşitməkdən məmnun olduq. Xüsusilə, biz Gəncə, Tovuz və Bakı Olimpiya Stadionu kimi bir çox infrastruktur layihələrimiz üçün vacib bir sütun olduğu üçün FIFA İnkişaf Proqramının əhəmiyyətini qeyd etmək istərdik,"- AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
"Düşünürəm ki, bu çox faydalı bir seminardır. Çox istəyərdim ki, bunun sayı artsın və seminarın coğrafiyası getdikcə daha da dəyişsin. Futbolun dəyərlərini bölüşən bütün ölkələrin ünsiyyət qurmağı və ən yaxşı oyunlar xatirinə bilik mübadiləsi vacibdir. Bakıda biz öz təcrübəmizi rusdilli Orta Asiya ölkələri ilə bölüşdük. Əminəm ki, bundan gələcəkdə həm klub, həm də assosiasiya səviyyəsində istifadə edə bilərik. FİFA-ya və bu seminarın təşkilində əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Bu cür tədbirlər ölkələrimizdə futbolun inkişafı üçün çox vacibdir,"- deyə Neftçi PFK - nın prezidenti Kamran Quliyev bildirib.
"Bu, Orta Asiya regionunun rusdilli üzv assosiasiyaları üçün hazırlanmış ilk tədbir idi. Onların hamısı, eləcə də AFFA, 1990-cı illərin əvvəllərində, Sovet İttifaqı dağılandan sonra qurulmuş olduqca gənc təşkilatlardır. Bu ölkələrdə futbolu yeni səviyyəyə gətirmək üçün bilik və təcrübə mübadiləsi aparmaq çox vacibdir. Onların hamısı ortaq bir dildə danışa bildikləri üçün bu ÜA-lar arasında ünsiyyət qurmaq çox asandır," - deyə Sanjeevan C. Balasingam, FIFA Üzv Assosiasiyalarının Asiya və Okeaniya üzrə direktoru fikrini yekunlaşdırıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda