19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Nəticə neqativdir”

“Nəticə neqativdir. Oyun ürəyimi açmadı. İlk dəqiqələrdən qol vurmaq istəyirdik. Daha az risk etməliydik. Bilirdik ki, rəqib müdafiəyə meylli olacaq. 5 müdafiəçi ilə oynadılar. İlk hissədə çox qol imkanımız olmadı. Çünki rəqib çox qapanmışdı. İkinci hissə imkanlarımız çox oldu. Tural Axundovun epizodunda hesabı bərabərləşdirə bilərdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

"Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsirdi, çox səbrsiz davranırdılar. Tələskənlikdən narazı qaldım. İkinci hissə buna görə qapımızda qol görə bilərdik. Oyunçular çox səbrsiz davranırdılar. Səbrli olduqda, topa nəzarət edəndə rəqibə çətinlik yarada bilirdik" - deyə o bildirib.

R.Bordin üstünlüyün rəqibdə olduğunu vurğulayıb: Səfərdə qalib gəliblər. Bu oyuna nəzər yetirdikdə bəzi məqamlar var ki, hər oyunçu üçün dərs olmalı, ondan nəticə çıxarmalıdılar. Bu oyunda qol imkanları dəyərləndirə bilmədilər deyə, növbəti oyunda cüzi imkanları da dəyərləndirməlidirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30