25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Cavab matçında daha diqqətli olmalıyıq”

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra mətbuat konfransı keçirib.

- Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika var idi. Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq.

- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?

- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.

- Beqoviç məsələsində bir yenilik var?

- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. "Bornmut" rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.

- Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz?

- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30