18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Futbolumuzun köhnə-yeni xəstəliyi

VƏ YA DANIŞILMIŞ OYUNLARA QARŞI AFFA İLƏ YANAŞI, KLUBLAR DA, HÜQUQ-MÜHAFİZƏ ORQANLARI DA MÜBARİZƏ APARMALIDIRLAR

90-cı illərin əvvəlində Azərbaycan çempionatında çıxış etmiş futbolçulardan əksəriyyətinin danışılmış oyunlarla bağlı “xatirələr”i var. Ötən əsrin son 10 illiyində Azərbaycan birinciliyində nəticəsi əvvəldən müəyyənləşdirilmiş o qədər oyun olub ki... Təəssüf ki, illər keçsə də, Azərbaycan futbolu hələ də bu “virus”dan qurtula bilməyib. Lakin əvvəlki illərdən fərqli olaraq indi danışılmış oyunlar yüksək liqanın deyil, I divizionun sağalmaz yarasına çevrilib.

Üstəlik, fərq və problem odur ki, indi danışılmış oyunun əhatə dairəsi 3-5 futbolçu ilə kifayətlənmir, yaxud bu, 2 klubun razılaşması deyil. Problem daha ciddidi. Görünən odur ki, I divizion açıq-aşkar “bazar”a çevrilib. Çempionatı qumara qoyanlar artıq Premyer Liqa klublarının əvəzedici heyətində çıxış edən futbolçuları da bu virusa yoluxdurublar.

2 gün əvvəl AFFA İntizam Komitəsinin açıqladığı 28 nəfərlik “qara siyahı”da bir müddət əvvəl penaltidən buraxdığı biabırçı qolla təkcə özünü deyil, formasını geydiyi klubu da, Azərbaycan futbolunu da gülüş hədəfinə çevirən “Zirə-2”nin qapıçısı Səbuhi Əliyev də var. Maraqlıdır, görəsən, həmin biabırçı “səhv”dən sonra “Zirə” özü, klub rəhbərliyi, məşqçilər korpusu futbolçuyla bağlı hər hansı bir araşdırma aparıb? Ən azı futbolçudan “topu öz qapısına göndərməsinin” səbəbi barədə soruşan olub? Yoxsa qapıçının cəzası yalnız növbəti turda “Turan Tovuz”a qarşı keçirilmiş oyunda ehtiyatda qalmaqdan ibarət olub?

Bu cür suallar kifayət qədərdi. Soruşulası, hətta düşünürük ki, açıqlanası məqamlar da çoxdu. Lakin hazırda araşdırmalar yekunlaşmayıb. Düşünmək olar ki, AFFA-nın “qara siyahısı”na düşənlərin sayı 28-dən artıqdı. Böyük ehtimalla, qarşıda günlərdə növbəti siyahı(lar) da açıqlanacaq.

AFFA və PFL rəhbərliyi dəfələrlə danışılmış oyunlara qarşı mübarizənin gücləndirildiyini bəyan ediblər. Lakin hələ ki bu “virus”dan tam qurtulmaq mümkün olmur. Bunun üçün ilk növbədə AFFA və PFL-lə yanaşı, klublar da danışılmış oyunlara qarşı mübarizədə maraqlı olmalıdırlar. Digər tərəfdən də hüquq-mühafizə orqanları da bu baxımdan fəaliyyətlərini gücləndirməlidirlər. Belə görünür ki, ən azı 2-3 nəfər həbs olunmasa, digərlərinin ağılları başlarına gəlməyəcək. Kiminsə dəmir barmaqlıqlar arxasına düşməsini heç kim istəməz. Lakin görünən budur ki, problem ciddidir və hüquq-mühafizə orqanları məsələyə ciddi şəkildə müdaxilə etməsə, Azərbaycan futbolundakı bu virusu kökündən kəsmək mümkün olmayacaq.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30