19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”nin qapıçısına sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 3 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Keşlə” - “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Flores Franco Valentin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

4 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Sumqayıt” - “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunuB.

8 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XIV turunun “Sumqayıt” - “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.

Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30