26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Bellami, Arşavin kimi futbolçuların adının "Xəzər Lənkəran"la yanaşı çəkilməsi yaxşı haldı"

"Con Benjamin Toşakın köməkçilərinin kimlər olacağı barədə hər hansı bir yenilik yoxdur. Emin Quliyev, Erik Roketa və Hafiz Əliyev bugünkü gündə komandada fəaliyyətlərini davam etdirirlər". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

Babək bəy son günlər mətbuatda Erik Roketanın tezliklə komandadan gedəcəyi haqda yayılan xəbərlərə də aydınlıq gətirib: "Hələ ki belə bir söhbət yoxdu. Əvvəl olduğu kimi hər 3 məşqçi yenə də klubdakı işlərini davam etdirirlər. Toşak hələ ki köməkçiləri barədə bizə bir söz deməyib. Bu barədə bir yenilik olan kimi mətbuata da açıqlama verəcəyik".

B.Quliyev dünya və ölkə mətbuatında Kreyq Bellami və Andrey Arşavin kimi ulduzların "Xəzər Lənkəran"a transfer olunacağı haqda yayılan xəbərləri də şərh edib: "Bellami, Arşavin kimi futbolçuların adlarının "Xəzər Lənkəran" yanaşı hallanması yaxşı haldı. Amma Toşak bu barədə rəhbərliyə hər hansı bir söz deməyib. Ortada rəsmi heç nə yoxdur. Hazırda mövsümün sonuna elə də çox vaxt qalmayıb. Toşak indi gələcəyin planlarını cızır. Onun qarşısında duran əsas vəzifə gələn mövsüm komandanın uğurlu çıxış etməsidir". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30