25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Dario Frederiko: "Neftçi" "Qarabağ"ı ötəcək gücdədir”

“Neftçi”nin üzvü Dario Frederiko Azərbaycan Premyer Liqasının XIV turunda "Sabah"ı səfərdə 2:0 hesablı ilə məğlub etdikləri oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Sabah” üzərində vacib qələbə qazandınız. Qazanıxaln 3 xalınecə şərh edərdin?

- Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".

- "Neftçi" turnir cədvəlində "Qarabağ"ı ötəcək gücdədirmi?

- Əlbəttə. Kifayət qədər potensiala malik komandayıq. Kollektivdə güclü rəqabət var və bu, özümüzü daha yaxşı göstərməyimizə kömək edir. Ötən il indiki vaxtda "Qarabağ"dan 5 xal öndə idik. Qış fasiləsindən sonra onlar bu fərqi aradan qaldıraraq çempion oldu. Biz də bunu bacara bilərik. Sona qədər mübarizə aparacağıq.

- Yayda "Neftçi"yə qayıtdıqdan sonra komandanın liderlərindən olacağınızı düşünürdük, ancaq indi ehtiyatda qalırsınız.

- Deməzdim ki, komandama xeyrim dəymir. Bəzi matçlarda istəsən belə, oyunun yaxşı alınmaya bilər. Çalışıram komandanın qələbələrində payım olsun. Mənim üçün əsas komandamın müsbət nəticə qazanmasıdı.

- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Eyni hadisə təkrarlana bilərmi?

- Futbol dinamik oyundur. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. Ötən il belə bir şey oldu, mən də dəyərləndirdim.

- Mövsümün bu ərəfəsində əcnəbi futbolçular artıq qış fasiləsini düşünürlər. Bu amil ölkə kubokunun 1/4 final matçlarına köklənmə baxımından sizə problem yaratmayacaq ki?

- Bu elə məsələdir ki, hərə özünə cavabdeh ola bilər. Düşünürəm ki, biz peşəkar klubun futbolçularıyıq, son oyuna qədər mübarizə aparmalıyıq. Kubokda yarımfinala adlayandan sonra istirahət barədə düşünə bilərik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30