24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aftandil Hacıyev: “...bacarmadıq”

"Qış fasiləsindən öncə son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmirik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Rəqibin ustalıq səviyyə ümidlərimizi puç elədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 14-cü turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandada zədəli oyunçuların olduğunu söyləyib: "Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın. Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz".

Hacıyev klubla müqaviləsinin davam etdiyini əlavə edib: "Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30