18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ayxan Abbasov: "Qırmızı vərəqələr “Qəbələ”ni daha çox motivasiya etdi”

"Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turunda "Qəbələ" ilə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

O, azlıqda qalan rəqibə qalib gələ bilməmələrini heyətdə gənc və təcrübəsiz futbolçuların çox olması ilə əlaqələndirib: "Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdır. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.

Futbolçularımın meydanda nə etdiyi bəllidir. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Bu komandanı götürəndə belə halları rəhbərliyə bildirmişdim ki, bizi nələr gözləyir. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər üst pillələrdə olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər".

A.Abbasov rəqibin 2-ci qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olunduğunu əlavə edib: "Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30