20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Həmişə hər qazanılan xala böyük dəyər vermişəm”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Keşlə” ilə  (2:2) oyundan sonra mətbuat konfransı keçirib.

- Bir xal qazandıq. Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdir. Onlara uğur arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız qalıb. Hər birinə yaxşı hazırlaşmalıyıq.

- Komandada fiziki və psixoloji yorğunluq hiss olunur. Bunun üçün xüsusi nəsə fikirləşmisinizmi?

- Bəli, bu nüanslar var. Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq. Qarşıdakı görüşlərə maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdirlər və qadirdirlər.

- Asmir Beqoviç “Qarabağ”a gəlişindən sonra ilk dəfə ehtiyatda qaldı. Bu, onun gedəcəyinə işarə idi?

- İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir. Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdür, Asmir gələndən sonra olmamışdı. Hər halda, normal, adi dəyişiklikdi.

- Filip Ozobiçlə bağlı risk etmək istəmədəyiniz görünür. O, ilin son oyunlarında meydana çıxa bilərmi?

- Hazırlığı pis getmir. Son məşqləri komanda ilə tam keçib. Qarşıdakı oyunlarda imkan olsa, oynamasına şərait yaradacağıq ki, kollektivi hiss etsin və qış hazırlığında tam bərpa olunsun. Oynamaq ehtimalı var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30