29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Baş katib Şenol Güneşlə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneşlə görüşüb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Türkiyə milli komandasının Avro-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib. 

Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacaq. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Güneş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31