29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zirə"də yeni rekordçu

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda oynanılan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.

Cəlal komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.              

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31