19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Çatışmayan yalnız qol idi”

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Səbail"lə oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini bildirib.

- Çətin oyun idi. Qapısına çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, müxtəlif istəqamətlərdən hücumlar edirdik. Rəqib də qapımız önündə sürətli əks-hücumlar yarada bilirdi. Çoxlu qol epizodu yaratdıq. Fikrimcə, heç olmasa, 1 qol vurmağa layiq idik.

- Sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağa mane olurdu...

- Sizinlə razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı.

- "Neftçi"də qol şanslarını qaçırmaq bir ənənəyə çevrilib...

- Deməzdim ki, bu, ənənə halını alıb. Keçən oyunda çoxlu qol vəziyyətləri yaratdıq ki, bunun da 4-nü qola çevirdik. Qol vəziyyətləri yaratmasaydıq, bu, məni narahat edərdi. Onda çıxış yolu axtarardım.

- "Neftçi"nin keçən mövsümdən Bayılda oyunları çox çətin alınır, əksər vaxt xal itirir. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keşlə"ni də uda bilmədiniz. Bunu necə izah edərsininiz? Əsas səbəb süni qazondur, yoxsa?..

- Əlbəttə, ot örtüyünü təsiri var. Çünki təbii otda oynamağa öyrəşmişik. Burada isə çətindir. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

- Xal itirməyinizin əsas səbəbini nədə görürsünüz?

- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Oyunun təhlilindən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30