28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: “Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim”

“Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm. İlk hissədə iki real qol şansımız oldu. İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə gəlincə, mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər. Bizim "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilər. Heç birimiz bu sözlərə layiq deyil. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırır", - deyə o bildirib.

Ə.Hacıyev uğursuzluq zolağında olmalarını bu cür şərh edib: "Qalatasaray" da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdi. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularına uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31