25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Dario Frederiko: “Qorxum var”

“Gözlənilməz oyun oldu. Çünki buraya qələbə üçün gəlmişdik. Pis çıxış etmədik. Görüşün sonlarına yaxın qol buraxıb, məğlub da ola bilərdik. Ona görə də heç-heçə ilə razıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Səbail”ə qarşı keçirilmiş oyundan sonra “Neftçi”nin üzvü Dario Frederiko deyib.

Braziliyalı futbolçunu qazonun süni olmasının oyunlarına təsir etdiyini bildirib: “Komanda təbii ot örtüyündə məşq etməyə, oynamağa öyrəşib. Uzun müddətdir süni meydançada məşq etmirik. Qorxum var. Çünki son zədəm süni meydançada oynayanda olmuşdu. Ona görə də  qorxu var. Həm də meydaça amilinə görə oyunda ötürmələr daha sürətli gedir.

Dario “Neftçi”nin stabil çıxış etməməsi ilə bağlı sualı belə cavablandırıb: “Nəsə çatışmazlığın olduğunu deməzdim. Çünki hər matça qələbə üçün çıxırıq. Bundan əvvəlki oyunda böyük hesabla qalib gəlmişdik. Bu gün də qələbəyə köklənmişdik. Sadəcə yaratdığımız epizodları qola çevirə bilmədik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30