29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Xəzər Lənkəran” - “Neftçi” matçından sonra tutulan şəxslərin adları açıqlandı

Premyer Liqanın IV turunda keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” matçından sonra baş verən insidentlə bağlı tutulan şəxslərin adları açıqlanıb. Lənkəran Rayon Polis Şöbəsinin istintaq bölməsinin Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, oyundan sonra baş verən qalmaqalla bağlı 7 nəfər - 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Aydın Əkbərov, 1994-cü il təvəllüdlü Qusar rayon sakini Elman Davud oğlu Tağıyev, 1975-ci il təvəllüdlü Abşeron rayon sakini Zaur Arif oğlu Ərəbov, 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini Rəfail Fərahim oğlu Əkbərov, 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Əli Aslanov, 1962-ci il təvəllüdlü Astara rayon sakini Elçin Eldar oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Lənkəran rayon sakini Elman Bayraməli oğlu İbrahimli tutulub və barələrində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Mehdiyev, həmçinin bildirib ki, insident zamanı saxlanılan zaman A. Əkbərov, Ə. Aslanov, E. Abdullayev, E. İbrahimli orta dərəcəli sərxoş halda olublar.
Qeyd edək ki, ötən gün Premyer Liqanın IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.
Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31