25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elmar Baxşıyev: “İnanıram ki, “Qəbələ” yaşayacaq”

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın XIII turunda "Zirə"yə evdə 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis qələbəni belə şərh edib:  

- Bilirdik ki, biiz çətin oyun gözləyir. Komandanı buna məşq prosesində hazırlayrdıq. "Zirə" yaxşı heyətə malik komandadı. İlk dəqiqələrdən çalışırdıq ki, komanda şəklində məzmunlu oynayaq və o konsetrasiyanı itirməyək. Ümumən komandanın oyununda razıyam. Ancaq çatışmazlıqlar var və bunu bilərək məşq prosesində üzərində işləyirik.

- "Qəbələ"nin qeyri-sabit oynaması əsas problemidi. Bunun əsas səbəbi nədi?

- Bəli, stabillik çatmır, bu, əsas problemimizdi. Qeyri-stabillik də onunla bağlıdır ki, komandamız çox gəncdi, əsasən akademiyamızın yetirmələrindən qurulub. Getdikcə stabillik olacaq, zamana ehtiyac var. Görünür ki, "Qəbələ" tədricən daha məzmunlu oynayır.

- İbrahima Niasse çox tez uyğunlaşdı, bu gün də ən yaxşılardan idi. Onun oyununa necə qiymət verərdiniz?

- Qıraqdan görünə bilər ki, Niasse bizə yeni gəlib. Ancaq deyərdim ki, yaxı günlərini keçirdiyi evinə dönüb. Bəli, yaxşı oyun nümayiş etdirdi. daha artığına edə biləcək futbolçudu. İnanıram ki, komandamıza daha faydalı olacaq.

- "Qəbələ"nin sponsor məsələsi ilə bağlı məsələ futbolçuların psixoloji durumuna necə təsir göstərir? Onları necə kökləyə bilirsiniz?

-  Bizə ümumi təsiir yoxdu. İşimiz komandadə, meydançadı. Üzərimizə düşəni maksimum etməyə çalışırıq. İnanıram ki, klub yaşayacaq və Azərbaycanı, futbolsevələrini daha da oyunuyla sevindirəcək, əvvəlki uğurlarını təkrarlayacaq (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30