23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

İsmayıl İbrahimli və Sezar Meza Colliyə 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə,

22 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Sumqayıt” - “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 72-ci dəqiqəsində “Qarabağ” klubunun 18 №-li futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

23 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Səbail” - “Sabah” matçının 86-cı dəqiqəsində “Səbail” klubunun 55 №-li futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunub.

24 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Zirə” - “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30