29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ” əvvəlki oyununu sərgiləyə bilmir”

"Sevilya" bu mövsüm iddialı olacaq. Bəzi mürəkkəb anlar yarana bilər, amma gördüklərimə əsasən,  çox aydın fikirləri olan komandadır. Əla komandaları var. Onların hər biri yüksək səviyyəli futbolçulardır. Geniş heyətə sahibdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Xayme Romero Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" ilə səfər oyunu öncəsi  “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində deyib.

İspan yarımmüdafiəçi La Liqa təmsilçisi ilə Bakıdakı görüşü də xatırladıb: "Onlarla ilk oyunumuzu Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı çıxış etdik və 0:3 hesabı ilə uduzduq. Sevilyada oynamağın necə olduğunu bilirəm. Bu yaxınlara qadər "Kordoba"da çıxış edirdim və təbii ki, "Sevilya"nın haranı təmsil etdiyini bilirəm. Ölkəmizdə oynamaq həmişə özəldir”.

X.Romero Sevilyaya bütün güclərini ortaya qoymaq üçün gedəcəklərini söyləyib: "Mövsümün əvvəli ilə müqayisədə vəziyyətimiz bir az pisdir. İndi əvvəlki oyunlarımızı sərgiləyə bilmirik. Ölkə çempionatında da son oyunlar çox qələbə qazanmırıq. Fikrimcə, bizim Çempionlar Liqasına və Avropa Liqasına erkən başlamağımızın “Qarabağ”a təsiri oldu. Ancaq Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31