18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: “Son oyunlarda gözləyirdim ki, məğlubiyyət nə vaxt gələcək”

“İlk öncə Ayxanı təbrik etmək istəyirəm. Komandası son vaxtlar çox yaxşı oyun sərgiləyir. “Sumqayıt” bu gün layiqli qələbə qazandı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“CBC Sport”a oyunsonrası müsahibəsində təcrübəli mütəxəssis komandasının yenilgisini belə şərh edib: “Bu il ilk məğlubiyyətimiz idi. Son oyunlarda gözləyirdim ki, məğlubiyyət nə vaxt gələcək. Futbolçulara bildirməsəm də, özüm bu barədə düşünürdüm. Fərqli iki hissə izlədik. İkinci hissəyə çox pis başladıq. Çoxlu top itkiləri oldu. Buna hazır olmalıyıq. Futbolçuların üzərinə çox getməyəcəm. Hava şəraiti, eləcə də psixologiya yaxşı deyil. Hamımız üçün bu məğlubiyyətin böyük faydası olacaq. Xeyli sayda boş zonalarımız oldu. Qarşıdakı oyunlarda bunu aradan qaldırmalıyıq”.

Q.Qurbanov komandasının üzvü İsmayıl İbrahimlinin qırmızı vərəqəsi barədə sualı belə cavablandırıb: “Açığı, epizodu görmədim. Maraqlı epizod alındı. Oyunun videoyazısına baxdıqda dəqiq biləcəyik. Amma istənilən halda hakimin qərarı ilə razılaşmalıyıq. İbrahimdən soruşdum. O isə bidlirdi ki, sadəcə əllərini qoymuşdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30