20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yurçeviç: “Hər əvəzetmə ilə bağlı açıqlama verməli olsam...”

“Slovakiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qrupda ikinci ola bilməsələr də, Millət Liqasından Avropa çempionatına vəsiqə əldə edə bilərlər. Uğurlar arzulayıram. O ki qaldı oyuna, əvvəldən heyətlə bağlı ciddi problemlərimiz vardı. Maksim, Mahir, Nazarov, Almeyda, Paşayev yox idi. Fasilədə Eddi oynaya bilmədiyini söylədi. İlk yarıda çox əsəbi idik. Ötürmələrdə dəqiqlik çatışmırdı. İkinci yarıda çox yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq üçün şanslarımız da vardı. 82-ci dəqiqədə hesabı bərabərləşdirməyə çox yaxın idik. Təəssüf ki, faydala bilmədik”.

Futbolxeber.az saytının Slovakiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib.

Avro-2020-nin seçmə mərhələsindəki son oyununda Slovakiyaya 0:2 hesabı ilə uduzan yığmamızın çalışdırıcısı daha sonra sualları cavablandırıb.

- İstər azarkeşlər, istər jurnalistlər arasında Şəhriyar Rəhimovun millinin formasını geyməsi birmənalı qarşılanmır. Açıqlaya bilərsiz ki, Rəhimov hansı xüsusiyyətinə görə millinin əsas heyət üzvünə çevrilib?

- Taktiki keyfiyyətləri ilə bağlıdı. Sirr deyil ki, Slovakiya daha çox hücm edən tərəf idi. Onun keyfiyyətləri də müdafiədə bizə çox kömək edirdi.

- Eddi İsrafilov komanda ilə yalnız 1 məşqə çıxsa da, bu gün start heyətində yer aldı. Düşünmürsüz ki, onun bu gün ilk 11-likdə yer alması ilk gündən yığmanın düşərgəsində əziyyət çəkən futbolçulara qarşı haqsızlıq idi?

- Nəzərə almaq lazımdır ki, Eddi komandamızda fiziki cəhətdən ən güclü futbolçulardan biridir. Fasilədə emosional şəkildə oynaya bilmədiyini dedi və buna görə də əvəzləndi.

- Renat Dadaşovu ikinci hissənin əvvəlində meydana buraxmaq olmazdı? Emin Mahmudovun son 2 oyunda heyətə düşməməsinin səbəbi nədir?

- Verdiyiniz sualım başa düşürəm. Amma hər əvəzetmə ilə bağlı açıqlama verməli olsam... İkinci hissənin əvvəlindəki əvəzetmə planlarımız daxil deyildi. Mən Emini meydana daxil etmək istəyirdim. Hətta ona hazırlaşmağı demişdim. Amma hücumda kəsərli olduğumuzu görüb düşündüm ki, Təmkinin oyuna qoşulması daha məqsədəuyğundur. Son 30 dəqiqədə Emini Cavidin əvəzinə meydana buraxmaq istəyirdim. Lakin ilk yarıdan sonrakı məcburi əvəzetmə, buna imkan vermədi.

- Bütün seçmə mərhələni 1 cümlə ilə necə ifadə edə bilər?

- Cəmi 1 xal yığdığımıza görə xoşbəxt deyiləm. Amma qarşıdakı həftələr ərzində analiz aparmaq üçün kifayət qədər vaxtımız olacaq. İndiki məqamda deyə bilərəm ki, razı qaldığım cəhət gənclərin oynamaq şansı qazanmasıdır. Bəraət qazandırmaq istəmirəm, amma keyfiyyətli komandalara qarşı oynadığımızı da qeyd etmək lazımdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30