18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik”.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç Ukraynaya qarşı keçirilən yoxlama görüşü haqda danışarkən deyib.

Serb mütəxəssis narazı qaldığı məqamı da açıqlayıb: “Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldın verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30