20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qələbə qolumuzun müəllifi: “Yurçeviç məni əsas milliyə çağıracağını deyib”

"Deməzdim ki, oyuna çox pis başladıq. Sadəcə, yaxşı ötürmələr edə bilmədik. Sağdan-sola, soldan-sağa oynadıq. Lakin ikinci hissədə daha yaxşı çıxış etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Barış Ekincier Avropa çempionatının seçmə mərhəlləsində Sumqayıtda Lixtenşteyni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

20 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada "cırtdanlar"a eyni hesablı səfər məğlubiyyətləri ilə bağlı sıxıntı olmayıb. Yeganə qolun müəllifi rəqibin müdafiə taktikasına üstünlük verəcəyini öncədən bildiklərini diqqətə çatdırıb: "Çox yaxşı oldu ki, qolu vurduq. 1:0 hesabı ilə qalib gəldik. Hamı hesabın daha böyük olacağını düşünürdü, amma istənilən hesablı qələbə elə 3 xaldır. Nə qədər qol vursaydıq da, elə bu qədər xal alacaqdıq. Qol vura bilmədiyimiz dəqiqələr bir-birini əvəzlədikcə, stresə düşürdük. Amma həmin dəqiqələrdə çoxlu şanslarımız oldu. Bu səbəbdən qolun vurulması lazım idi. 65-ci dəqiqədə standart vəziyyətdən sonra top mənə tərəf gəldi və başla qol vurdum. İndi Lixtenşteynin 3, bizim 6 xalımız var. Biz Slovakiyanı da yenmişik, onlar isə daha heç bir komandaya qalib gələ bilməzlər".

Ekincierin sözlərinə görə, baş məşqçi Milan Obradoviç onlara 1:0 hesablı qələbənin yetərli olduğunu söyləyib: "Media daha çox qol istəyir deyə, 5 dənəsini vurmaq niyyətində deyildik. Hərçənd, yenə qol imkanları yaratmışdıq. Amma baş məşqçimiz 1:0-ın da yetərli olduğunu dedi. Elə də oldu və 3 xal qazandıq".

Gənc oyunçu 6 xalla kifayətlənməyəcəklərini də vurğulayıb: "Slovakiyanı evdə olduğu kimi səfərdə də uda bilərik. İsveçrəyə qarşı elə Sumqayıtda çox yaxşı oynamışdıq. Məncə, səfərdə onları udmaq mümkündür. Gürcüstanla qarşılaşmada qırmızı vərəqə almasaydıq, böyük hesabla uduzmazdıq. Bu komandadan səfərdə 3 xal almaq olar. Fransadan xal almaq isə çox çətindir. Məncə, bu rəqib qrupda hamını udacaq".

Ekincier Azərbaycanın əsas millisində oynamağa özünü hazır saydığını da açıqlayıb: "Baş məşqçi Nikola Yurçeviç məni çağıracağını demişdi. Amma hələ dəvət etməyib. İnanıram ki, yaxın vaxtlarda bu, gerçəkləşəcək" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30