19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Obradoviç: “Bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq”

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı. Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç deyib.

O, Avro-2021-in seçmə mərhələsində Lixtenşteyn üzərində qazandıqları 1:0 hesablı qələbəni belə şərh edib:

“Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamağı tapşırmışdıq.

Bu gün satdiona bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30