25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA 6 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Keşlə” - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Qəbələ” - “Səbail” matçının 80-cı dəqiqəsində “Səbail” klubunun 79 №-li futbolçusu Əli Sadıxlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Sabah” - “Sumqayıt” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Qarabağ” - “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Tibbi xidmət oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30