25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın uğurlu seriyası qırıldı

“Qarabağ”ın ev oyunlarındakı uğurlu seriyaları qırılıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Zirə” ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu Premyer Liqanın 2019/20 mövsümündə ilk dəfə öz meydanında xal itirib və qol buraxıb.

Qurban Qurbanovun komandası evdə sonuncu dəfə 2019-cu il martın 9-da xal itirmişdi. Ötən mövsümün “Zirə” ilə qarşılaşmasında qolsuz heç-heçə edən ağdamlılar bundan sonra ardıcıl 8 qələbə qazanıb. “Qarabağ” ötən mövsümdə “Sabah” (3:0), “Keşlə” (3:0), “Səbail” (4:0), cari çempionatda isə “Qəbələ” (3:0), “Neftçi” (2:0), “Sumqayıt” (2:0), “Sabah” (2:0) və “Səbail” (1:0) üzərində qələbələri sıralayıb.

246 gündən sonra evdə xal itkisi ilə üzləşən Ağdam təmsilçisi quru hesabla qalib gəldiyi 8 matç, həmçinin “Zirə”ylə ötən mövsümdəki görüşdə qol buraxmamışdı. Evdə ardıcıl 9 quru oyun keçirən komanda sonuncu dəfə 266 gün əvvəl - fevralın 17-də “Qəbələ”dən qol buraxıb - 2:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30