19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Millimizdə itki: Eddi Uelsə qarşı oynamayacaq

İspaniyanın “Albasete” klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Uels oyununda iştirak edə bilməyəcək.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov çağırılıb.

İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete”yə göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.

İsrafilov millinin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30