25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ayxan Abbasov: “Asan epizodları dəyərləndirə bilmirik”

“Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözəri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turunda səfərdə “Sabah”a qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.

O, komandasının əzmkar qələbəsini belə şərh edib: “Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz "Sumqayıt"ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq. Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Sevindirici haldır ki, artıq hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30