20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”dan xal almaq qələbəyə bərabərdir”

"Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir. Komandada özgüvəni gördüm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 11-ci turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı görüşü belə şərh edib: "Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq".

Z.Həşimov komandadakı zədəlilərin durumu ilə bağlı da danışıb: "Zədələr çoxdur. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidir. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30