29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Tərlan Əhmədov: “Komandamız möhtəşəm oynadı”

"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunu geri çevirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyunun sonlarında yaşanan insidentlə əlaqədar futbolçularını müdafiə edib: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim. İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadır ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır. Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ki, ya sabah zəng edəcəyəm, ya da bu gün zəng edib danışacağam".

Əhmədov komandanın qışda daha da güclənməyə ehtiyacının olduğunu vurğulayıb: "Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin oyunumuz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. Amma indidən bu haqda danışmaq tezdir".

Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib: "Hər bir komandada lider futbolçu olmalıdır. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədir. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər".

"Yarımmüdafiə xəttində Con Kamara və Tural Bayramlı olmasa, hər hansı rotasiyaya əl atacağıq", - deyə Əhmədov fikirlərini tamamlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31