26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bordin: “Məğlubiyyətə layiq idik”

"Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, komanda şəklində uduzublar və bu, bütün kollektivin məğlubiyyətidir: "Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər. Hətta ilk qolu da vurdular. Amma bugünkü oyunda əvvəlki matçlardan aşağı səviyyəli çıxış etdik".

İtaliyalı baş məşqçi "Keşlə"nin yaxşı çıxış etdiyini deyərək, Sezar Meza Kollini xüsusi fərqləndirib: "Komandama onu diqqətdə saxlamağı tapşırmışdım".

Bordin gənc referi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdı. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlər tərəfindən obyektivlik olmalıdı. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30