23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qəbələ" bizdən daha istəkli idi"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 11 turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə səfər oyununu şərh edib.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- İki fərqli komanda gördük. İlk hissədə qol epizodlarımız oldu. Ancaq fərqlənsəydik də, "Qəbələ" daha istəkli idi. İlk dəfə idi ki, "Səbail"i belə istəksiz görürdüm. Məğlub olmaq olar, ancaq ilk dəfədi ki, belə komanda gördüm. Məsuliyyət bizdədi. Oyunu təhlil edib növbəti oyunlara hazırlaşmalıyıq. "Qəbələ"ni təbrik edirəm.

- Komanda 7 oyundu qələbə qazana bilmir. Problem büdcədədi?

- Səbəb çox ola bilər. Ara-sıra problemlərimiz oldu. Ancaq indi belə problemimiz yoxdu. Peşəkar komandada belə problem olmamalıdı. Yaxşı oynadığımız oyunlar olub. Ümidli idik ki, bunun ardı gələcək. Ancaq dəqiqdi ki, builki "Səbail" ötənilkindən fərqlənir.

- Milli üzvləriniz də komandanı arxasınca aparmır...

- Razıyam sizinlə. Ancaq sırf onların üzərinə atmaq olmaz. Müəyyən oyunlar olur ki, onlar da təkbaşına daşıya bilmirlər komandanı.

- Qarşıdakı 1-2 oyunda da uğursuz olsanız, istefa barədə düşünməyəcəksiz?

- Müqaviləm davam edir. Bu barədə düşünmürəm. Komandamız 4-cü pillədə qərarlaşıb. Hesab edirəm ki, komandamız normal yerdədi.

- Ola bilərmi ki, komanda özü oynamadı?

- Belə fikirləri yaxına buraxmaq istəmirəm. Elə futbolçumuz yoxdu ki, qəsdən oynamasın.

- Essyen 5 dəqiqə oynamağa da yaramır?

- Essyenin 5 dəqiqə oynamağa ehtiyacı yoxdu. Bu gün Əli Sadıxov kimi gənclərə şans verməyimiz daha önəmlidi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30